Ermənilər spikerin prezident sarayında poza verməsini lağa qoydular - FOTOLAR

 Ermənilər spikerin prezident sarayında poza verməsini lağa qoydular   - FOTOLAR
  19 Fevral 2022    Oxunub:4133
Hazırda Ermənistan prezidentinin səlahiyyətlərini icra edən parlamentin sədri, Nikol Paşinyanın yaxın silahdaşı olan Alen Simonyan növbəti dəfə erməni cəmiyyətinin tənqidinə tuş gəlib.
AzVision.az xəbər verir ki, yerli media Simonyanın prezident sarayından bayraqla paylaşdığı fotosunun sadə ermənilərdə nifrətlə qarşılanmasından yazıb.

Erməni spiker: "Mənim üçün erməni əsir yoxdur"- VİDEO
-Simonyanın Ermənistan bayrağı ilə poz verməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkələrin erməni seqmentində onu lağa qoyur, adını statuslarda işarələməklə spikeri gülməli şəkildə təqlid edib fotolar paylaşırlar. Hamı spikerə etirazını bu formada bildirir. Hətta bəziləri Aleni rusca "Olen" sözü olan maralla müqayisə edərək onun artıq buynuz çıxarmasını da yazıb...

İctimai fəal Sargis Parsamyan isə prezident sarayının pərdəsinin üstünə çıxmış Simonyan haqqında yazıb ki, "Pərdəni ata evindən gətirməmisən. Bir gün onu yumağa aparacaqsan... 4 ildir ki, Ermənistan bayrağını tapdalayırsan və bayrağın üstündən enmirsən. Yəqin sol tərəfdə görünən bayrağın fotoşop olmasını da sezirsiniz.",-saytlar yazıb.

Xatırladaq ki, Alen Simonyan iki ay öncə Azərbaycanda saxlanılan erməni məhkumlarla bağlı qalmaqallı açıqlaması ilə ölkəsində nifrətlə qarşılanmışdı. Yayılan videoda spiker iki nəfərlə söhbət zamanı "Mənim üçün erməni əsir" yoxdur deməsi ilə diqqət çəkmişdi.













Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Bayraq   Spiker  



Xəbər lenti