Erməni spiker: "Mənim üçün erməni əsir yoxdur"- VİDEO

 Erməni spiker:  "Mənim üçün erməni əsir yoxdur"- VİDEO
  07 Dekabr 2021    Oxunub:1389
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanda saxlanılan erməni məhkumlarla bağlı qalmaqallı açıqlama verib. AzVision.az xəbər verir ki, yerli media Simonyanın videosunu yayaraq spikeri ifşa edib.
Görüntülərə əsasən hansısa rəsmi qəbul zamanı Simonyan məhbus problemini ən azı iki nəfərlə müzakirə edir. Telefonda baş verənləri lentə alan şəxs isə susur.

Simonyan deyir: "Bu məhbusların, əsgərlərin məqsədi nə idi?

Həmsöhbət:
"Vətən"i qorumaq".

Erməni deputat məhkəməyə verildi: Spikerin gizli biznesini aşkarlayıb
Simonyan: "Bağışlayın, bəlkə mən özümü bir az səhv ifadə edirəm, amma düşünürəm ki, bu məhbuslar artıq yoxdurlar. Onlar mənim üçün mövcud deyillər. Terrorçular təyyarəni qaçıranda İsrail onlarla danışıq aparmır, həmin təyyarəni vurur. Bu məhbusların kim olduğunu bilirsinizmi?"
Həmsöhbət: "Bunu sizdən eşitmək istərdim".

Simonyan:
"Bu adamlar silahlarını yerə ataraq qaçıb, meşədə azanlardı. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlı deyilmi ki, məhbusların valideynləri niyə indi fəal görünmürlər? Çünki onlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını atıb qaçdılar və əsir düşdülər".



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Spiker   Əsir  





Xəbər lenti