Separatçılar Ukrayna mövqelərini "Qrad"la vurdular - VİDEO

   Separatçılar Ukrayna mövqelərini "Qrad"la vurdular -   VİDEO
  23 Fevral 2022    Oxunub:2588
Qondarma "Luqansk Xalq Respublikası"nın hərbi bölmələri Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə ağır artileriyalardan zərbələr endiriblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya hərbi saytları məlumat yayıb.
Bildirilir ki, hücumda “Qrad” çoxmənzilli raket sistemindən istifadə edilib. Saytlar hücumla bağlı videogörüntüləri də yayıblar.

Separatçılar Ukrayna hərbçilərinə hücum edib: 2 ölü, 14 yaralı-VİDEO
- Sosial şəbəkələrdə, xüsusən də Telegramdakı hərbi kanallarda "Luqansk Xalq Respublikası"nın ordu qüvvələrinin “Qrad”lardan Ukrayna hərbçilərinin mövqelərini atəşə tutmasına dair görüntülər paylaşılır. "LXR"-a yaxın kanallar qeyd edirlər ki, 60-a yaxın raket atılıb. Zərbə Ukrayna Silahlı Qüvvələrinin Kamışevax qəsəbəsi ərazisindəki möhkəmləndirilmiş məntəqələrinə dəyib. Dağıntı sahəsi 8 hektar olub və Ukrayna ordusu bu ərazidə ciddi itkilər verib. Məlum insidentlə bağlı hələlik rəsmi məlumat yoxdur,-məqalədə yazılıb.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti