"Kremlin Luqanskla Donetski tanıması dahiyanə addım idi"- Tramp

   "Kremlin Luqanskla Donetski tanıması dahiyanə addım idi"-   Tramp
  23 Fevral 2022    Oxunub:2261
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kremlin "Donetsk" və "Luqansk Xalq Respublikaları"nın suverenliyini tanımaq qərarını “çox ağlabatan” adlandırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə Amerikanın “The Clay Travis and Buck Sexton Show” podkastına müsahibəsində deyib.

Fransalı nazir Baydeni "işğal" sözünə görə qınadı
Eks-prezidentin fikrincə, Rusiya regionda ən güclü sülhməramlı qüvvəyə çevrilib.

- Dünən televiziyada bunu görəndə dedim: "Bu dahiyanədir". Putin Ukraynanın böyük hissəsini müstəqil elan edir. Oh, bu gözəldir. Və o sülhməramlı olmağa hazırlaşır. Bu ən böyük sülhmərmalı gücdür... Bu, mənim indiyə qədər gördüyüm ən güclü sülhməramlı qüvvədir, - ABŞ-ın 45-ci prezidenti deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Rusiya  



Xəbər lenti