"Rusiya 450-dən çox itki verib" - Britaniyanın müdafiə naziri

   "Rusiya 450-dən çox itki verib" -    Britaniyanın müdafiə naziri
  25 Fevral 2022    Oxunub:1923
Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukrayna ilə bağlı planlarını açıqlayıb. AzVision.az xəbər verir ki, müdafiə naziri Ben Uolles “Sky News”a müsahibəsində bir sıra maraqlı açıqlamalar verib.
Onun sözlərinə görə, Vladimir Putin Ukraynanın bütün ərazisini ələ keçirmək məqsədi güdür. Lakin o, müharibənin ilk günündən əsas məqsədlərinə nail ola bilməyib, gözlənilən qrafikdən geri qalır.

"Rusiya Ukrayna ilə danışıqlara hazırdır" - Lavrov şərti açıqladı
- Bizim bu səhərə olan qiymətləndirməmiz ondan ibarətdir ki, Rusiya qarşısına qoyduğu əsas məqsədlərindən heç birinə nail olmayıb. Əslində gözlənilən qrafikdən geri qalır. Onlar 450-dən çox insanı itiriblər, - deyə o bildirib.

Nazir vurğulayıb ki, hücumun ilk günündə də Rusiya ordusu qarşıya qoyulan məqsədlərə nail ola bilməyib.

Uolles düşmənin uğursuzluqları arasında Ukrayna hərbçilərinin geri aldığı Qostomeldəki strateji əhəmiyyətli aeroportu ələ keçirmək cəhdini xatırladıb.

Onun sözlərinə görə, “Rusiyanın bəyanatlarına və prezident Putinin ukraynalıların onun tərəfinə keçəcəyi ilə bağlı fikirlərinin əksinə olaraq, prezident tamamilə yanılıb”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti