“Putin Kiyevlə danışıqlar üçün Minskə heyət göndərməyə hazırdır” - Peskov

   “Putin Kiyevlə danışıqlar üçün Minskə heyət göndərməyə hazırdır”  - Peskov
  25 Fevral 2022    Oxunub:2123
Rusiya Prezidenti Ukrayna ilə danışıqlar üçün Minskə heyət göndərməyə hazırdır. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib.
- Bildiyiniz kimi, bu gün Ukrayna prezidenti Zelenski ölkəsinin neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”na kömək etmək, o cümlədən onlara Ukraynanın demilitarizasiya və denasifikasiyası yolu ilə yardım etməkdir. Bu, faktiki olaraq, statusun neytrallığının ayrılmaz tərkib hissəsidir, - Kreml sözçüsü deyib.

Zelenski Putinə danışıqlar təklif etdi - VİDEO
Onun sözlərinə görə, belə bir nümayəndə heyətinə müdafiə və xarici işlər nazirliklərinin, həmçinin prezident administrasiyasının nümayəndələri daxil olacaq.

Qeyd edək ki, bundan öncə Vladimir Putin Rusiyanın Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu bəyan etmişdi. O, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq bir neçə gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir. Kiyev rəhbərliyi paytaxt ətrafında da hərbi əməliyyatların aparıldığını bəyan ediblər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Minsk  



Xəbər lenti