|
| Xarkovda kor uşaqlar üçün internat məktəbi vurulub - VİDEO |
Qərargah onu da əlavə edib ki, cari gün ərzində 30-a qədər döyüş təyyarəsi Ukraynanın hava məkanını əsasən Belarus Respublikası tərəfdən pozaraq mülki əhalini bombalayıb.
Qeyd olunur ki, Volında Ukrayna Silahlı Qüvvələrinin bölmələri etibarlı müdafiə sistemi yaradıblar. Ukrayna sərhədi boyunca düşmənin hərəkətlərinin daimi monitorinqi aparılır.
Sahil istiqamətində isə ukraynalı müdafiəçilər üstün düşmən qüvvələrinib hücumlarını müvəffəqiyyətlə saxlayaraq müdafiə əməliyyatlarını davam etdirirlər. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Nikolaev şəhəri ərazisinə enməyə cəhd edən desant qüvvələrini də zərərsizləşdirib.
- Xatırladaq ki, Silahlı Qüvvələrin bölmələri Kiyev vilayətinin Makarov şəhərini işğalçılardan azad edərək şəhərdə möhkəmləniblər. Müəyyən qüvvələr və vasitələrlə Kiyevin müdafiəsi həyata keçirilir, sistemli hərbi əməliyyatları davam etdirir və müəyyən əraziləri əldə saxlayırıq. Düşmən ruhdan düşüb, şəxsi heyəti və hərbi texnikası ilə itki verməkdə davam edir, - Baş Qərargahın məlumatında deyilir.
Eyni zamanda bildirilir ki, rus əsgər və zabitlərindən ibarət qruplar təslim olmaqda davam edir və həmçinin onlar hücum əməliyyatlarını da davam etdirməkdən imtina edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


