ABŞ Putinin "döyüş maşını"nı cilovlayır: Yeni hərbi sanksiyalar tətbiq edildi

      ABŞ Putinin "döyüş maşını"nı cilovlayır:    Yeni hərbi sanksiyalar tətbiq edildi
  02 Mart 2022    Oxunub:1642
ABŞ Ukraynadakı hadisələrə görə müttəfiqləri ilə koordinasiyalı şəkildə Rusiyanın müdafiə müəssisələrinə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edəcək. AzVision.az xəbər verir ki, bunu Ağ Ev bəyan edib.
- Dövlət Departamenti Putinin "döyüş maşınını" daha da cilovlamaq üçün Rusiyanın müdafiə sektorunu hədəf alan genişmiqyaslı sanksiyalar tətbiq edəcək və bu, Rusiya silah şirkətləri üçün əhəmiyyətli xərclərə səbəb olacaq, - Məlumatda deyilir.

Rusiyaya tətbiq olunan sanksiyalar nəyi dəyişə bilər?!
Sanksiyaların Belarusa da şamil ediləcəyi bildirilir. Çünki bu ölkə “Putinin Ukraynanı işğal etməyə imkan verib”.

- Ümumilikdə siyahıya 22 Rusiya müdafiə müəssisəsi, o cümlədən Rusiya silahlı qüvvələri üçün döyüş təyyarələri, piyada döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən firmalar əlavə olunacaq, - deyə məlumatda bildirilir.

Bundan əlavə, sanksiyalar “Rusiya və Belarus təhlükəsizlik xidmətlərinə dəstək, hərbi və müdafiə sektoruna və ya hərbi və müdafiə sahəsində araşdırmalara töhfə verən” təşkilatlara da təsir edəcək.

Vaşinqton Rusiyanın enerji bazarındakı mövqeyini də zəiflətməyi planlaşdırır.

- İxrac nəzarəti Rusiya ordusunu dəstəkləyən əsas gəlir mənbəyi olan neft emalı sahəsini hədəfləyir. Neft və qaz hasilatı avadanlıqlarına ixrac nəzarəti vasitəsilə Ticarət Departamenti uzunmüddətli perspektivdə Rusiyanın emal imkanlarını dəstəkləyəcək texnologiyanın ixracına məhdudiyyətlər qoyacaq, - bəyanatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sanksiya   ABŞ  



Xəbər lenti