"Reuters" ABŞ-da "Ukrayna sorğusu" keçirdi: Nəticələr təəccüb doğurub

    "Reuters"  ABŞ-da "Ukrayna sorğusu" keçirdi:   Nəticələr təəccüb doğurub
  05 Mart 2022    Oxunub:1707
Respublikaçılar və Demokratlar da daxil olmaqla amerikalıların 70%-dən çoxu Rusiya nefti və qazının alışının dayandırılmasını dəstəkləyib. Həmçinin onlar belə hesab edirlər ki, ABŞ və NATO Ukraynanın səmasını bağlamalıdır ki, bu ölkəni Rusiyanın hava hücumlarından qorusun.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters"in keçirdiyi sorğunun nəticələrinda deyilir.

"Qərb siyasətçiləri insanlığın bütün sərhədlərini aşıblar"- Belarus parlamenti
Agentlik rusların ukraynalılara qarşı təcavüzkar hərəkətlərinə görə ABŞ vətəndaşlarının qəzəbinin getdikcə artmasına diqqət çəkib. Bu isə ABŞ prezidenti Co Baydeni Moskvaya qarşı daha sərt addımlar atmağa məcbur edir.

Respondentlərin 74%-i Ukrayna üzərində uçuş qadağasının tətbiqini dəstəkləyib. 80% Rusiya yanacağının tədarükünün dayandırılmasının tərəfdarıdır. Üstəlik, amerikalıların 81%-i hesab edir ki, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməlidir.

Respondentlərin təxminən 77%-i deyib ki, ABŞ Putinə yaxın rus oliqarxlarının aktivlərinə həbs qoymalıdır.

62% başqa bir demokratik ölkəni qorumaq üçün neft və qaza görə daha çox pul ödəməyə hazırdır(Bahalaşmaya-red.)

Amerikalıların əksəriyyəti - 72% Ukraynaya silah tədarükünün tərəfdarıdır. Vətəndaşlarının təxminən 74%-i isə öz dövlətinin ukraynalı qaçqınları qəbul etməli olduğunu deyib və bu, ekspertləri təəccübləndirib.

Baydenin hazırkı qərarlarını respondentlərin 45%-i bəyənir, halbuki əvvəlki sorğuda bu göstərici 34% olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Rusiya   Sorğu  



Xəbər lenti