Rusiya məşhur helikopterlərini döyüşlərə cəlb etdi - VİDEO

   Rusiya məşhur helikopterlərini döyüşlərə cəlb etdi -    VİDEO
  05 Mart 2022    Oxunub:2859
Rusiya Müdafiə Nazirliyi bir sıra texnoloji və hərbi üstünlükləri ilə seçilən məşhur "Ka-52" helikopterlərindən Ukraynada istifadə etməsinə dair görüntülər yayıb. AzVision.az xəbər verir ki, xüsusi əməliyyatlara cəlb edilən bu fərqli və çoxfunksiyalı helikopterlər tapşırıqları tək-tək deyil, qoşa şəkildə icra ediblər.
- "Ka-52" helikopterlərinin ekipajları xüsusi bir cütün tərkibində hava əməliyyatlarına qatılaraq tank əleyhinə idarə olunan raketlərlə ukraynalıların zirehli maşınlarını məhv ediblər, - nazirliyin yaydığı məlumatda deyilir.

Reznikov: "Rusların Ukraynadakı hərbi resursları tükənmək üzrədir"
Bidirilir ki, xüsusi hərbi əməliyyat zamanı ordu aviasiyası kolonları müşayiət edir, zirehli texnikaları vurur, qoşunları, hərbi yükləri təyin olunan yerə çatdırır, bölmələrə isə havadan dəstək verir.



Qeyd edək ki, "Ka-52", yaxud da “Alligator” "Ka-50" helikopterlərinin ikinəfərlik modelidir və pilotların yanaşı oturduğu dizaynla istehsal ediir. Hücum helikopteri kimi yaradılıb. SSRİ-i dağılandan sonra bu cür helikopterlərin istehsalında böyük bir maneə yaransa da son illərdə ruslar onu bir qədər də modernləşdiriblər. Buna baxmayaraq "Ka-52"lər "AH-64 Apache" və "Eurocopter Tiger" kimi rəqiblərinə görə zəif moedl sayılırlar. "Ka-52"lər quyruq pərinin yerinə bir-birinə tərs istiqamətdə fırlanan pərlərə malikdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Helikopter   Ukrayna  



Xəbər lenti