Reznikov: "Rusların Ukraynadakı hərbi resursları tükənmək üzrədir"

      Reznikov:    "Rusların Ukraynadakı hərbi resursları tükənmək üzrədir"
  05 Mart 2022    Oxunub:1498
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov müharibənin gedişinə dair açıqlama verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildiriir ki, nazir Ukraynada Rusiya qoşunlarının hərbi resurslarının tükənmək üzrə olduğunu açıqlayıb. Hər şey tükəndikdən sonra isə maddi-texniki cəhətdən çöküş baş verəcək.

"9 günə 39 təyyarə, 40 helikopter vurmuşuq" - Ukrayna Müdafiə Nazirliyi
- Ukraynada düşmənin hərbi resursları tükənmək üzrədir və bunun ardınca logistik kollaps olacaq. Bunu başa düşəndə ​​düşməni əsir götürmək tendensiyası artır. Həm də tək əsgərlər deyil, bütöv bir tağımı. Onlar artıq başa düşürlər ki, minlərlə “təlim” yoldaşlarının cəsədləri yad ölkədə qalı. Hansılar ki, imtahanda 200 bal toplmışdılar... Axı Moskva onların ölümünü etiraf etmir, Putin üçün bunlar top yemi, imperiya arzusuna çatmaq üçün xərclənən materialdır.Onların çoxu artıq satıldıqlarını başa düşüblər, - Reznikov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti