Die Welt: "79 yaşlı Bayden Avropanı qoruya bilərmi?"

            Die Welt:    "79 yaşlı Bayden Avropanı qoruya bilərmi?"
  08 Mart 2022    Oxunub:1274
Almaniyanın məşhur "Die Welt" nəşri ABŞ prezidenti Co Bayden haqqında maraqlı məqalə dərc edib. AzVision.az xəbər verir ki, yazıda ölkə daxilində problemləri həll etməyə və ştatlarda etibarı qazanmağa çalışdığı bir vaxtda, Avropanın Amerika liderinin etibarlılığına şübhə etməyə başladığı yazılıb.
- Amerika tarixinin ən yaşlı prezidenti olan 79 yaşlı Bayden Qərb dünyasının lideri ola bilərmi? O, Avropanı qoruya bilərmi?, - məqalə müəllifi sual edib.

Trampın oğlu Bayden Ukraynanın uğurlarını ələ saldı- FOTO
Onun fikrincə, Ağ Ev rəhbəri bu yaxınlarda ştatlardan birinə səfəri zamanı vətəndaşlara göstərməyə çalışıb ki, indi ona beynəlxalq gündəmlə məşğul olmaq lazımdır, lakin “prezident onların problemləri ilə də maraqlanır”.

"Buna baxmayaraq, əgər əvvəllər xarici siyasət problemləri insanları liderin ətrafında cəmləşdirirdisə, müasir dünyada bu işləmir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Bayden  



Xəbər lenti