Trampın oğlu Bayden Ukraynanın uğurlarını ələ saldı- FOTO

   Trampın oğlu    Bayden    və    Ukraynanın    uğurlarını ələ saldı-   FOTO
  08 Mart 2022    Oxunub:2633
ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu sosial şəbəkələrdə Ağ Ev rəhbəri Co Baydeni və Rusiyanın apardığı hərbi əməliyyatlara dair Ukraynadan gəən açıqlamaları ələ salan payaşım edib. AzVision.az xəbər verir ki, o, "Telegram"dakı "kiçik Donald Tramp" adlı profilində Baydenin "82 milyon səs" yazılmış fotosuna Ukraynadakı vəziyyətlə bağlı üç məqamı kollaj edib.
Birinci fotoda Rusiya Aerokosmik Qüvvələri ilə hava döyüşlərində fərqləndiyi iddia edilən “Kiyevin kabusu” başlığı ilə hərbi pilot göstərilir. İkinci kadrda təslim olmaqdan imtina etdiyi üçün 13 sərhədçinin öldürüldüyü İlan adasının mənzərəsi göstərilir.

Ukraynalı mer: "Ölüləri basdıra bilmirik, cəsədləri itlər aparır"
Üçüncü fotoda isə Ukraynanı 2015-ci ildə "Miss Grand International" gözəllik müsabiqəsində təmsil etmiş və əlində silah tutan model Anastasiya Lennadır. Bir sıra Qərb mediası və internet istifadəçilərinin fikrincə o, döyüş əməliyyatlarında iştirak edir. Əslində, foto hələ Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl çəkilib.



Siyasətçinin oğlu bütün bunlara qısa şəkildə lağ edərək belə bir başlıq yazıb - “Həqiqətən heç vaxt baş verməmiş şeylər”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tramp   Bayden  



Xəbər lenti