Ukraynalı mer: "Ölüləri basdıra bilmirik, cəsədləri itlər aparır"

      Ukraynalı mer:    "Ölüləri basdıra bilmirik, cəsədləri itlər aparır"
  08 Mart 2022    Oxunub:1273
Ukraynanın bəzi bölgələrində vəziyyət gözlənildiyindən də ağır duruma çatıb. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hətta ölüləri basdırmaq belə müşkülə çevrilib.

"Rusların irəliləmə sürəti xeyli azalıb" - Ukrayna ordusu
- Buçada və Kiyev vilayətinin ətraf qəsəbələrində insanlar əslində girov götürülüblər və ölüləri belə basdıra bilmirlər. Bu barədə şəhər meri Anatoli Fedoruk telemarafon zamanı məlumat verib. O qeyd edib ki, üç saat əvvəl sözün əsl mənasında kütləvi atəşlə üzləşiblər.

Fedorukun sözlərinə görə, rus qoşunları bütün mümkün yaylım atəşləri ilə həm Kiyevi, həm də şəhərətrafı əraziləri, xüsusən də Buçanı vururlar. Əslində Buça, Vorzel və Qostomel 13 gündür ki, rus qoşunlarının girovluğundadır. Mer onu da bildirib ki, rus qoşunlarını sıxışdırıb çıxarmaq cəhdləri olub, lakin bir gün sonra onlar yenidən içəri daxil olublar. Fedoruk “Bölgəmizdəki bütün əsas magistral yollar və küçələr düşmən tərəfindən atəşə tutulur” deyib.

Mer vurğulayıb ki, insanlar girovluqdadır, çünki silahlar susanda, mərmi atılmayan saatlarda belə düşmən sakinlərə qısa müddətli evlərini tərk etməyə imkan vermir. Kommunal xidmətlərə və sakinlərin ölən mülki insanları basdırmağa imkanı qalmır.

- Faktiki olaraq ölən insanlarn cəsədlərini itlər daşıyıb aparırlar. Bax belə dəhşətli vəziyyətli vəziyətlə üz-üzəyik, - Fedoruk deyib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üç raundu fevralın 28-i, martın 3-ü və 7-də Belarus ərazisində baş tutub. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Danışıqların dördüncü raundu yaxın gələcəkdə baş tutacağı bildiriir.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti