"Krım və Donbas məsələsində uzlaşmaya hazıram" - Zelenski

         "Krım və Donbas məsələsində uzlaşmaya hazıram" -    Zelenski
  08 Mart 2022    Oxunub:2393
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın "ABC News” telekanalına müsahibə verib. AzVision.az xəbər verir ki, Zelenski ölkəsində yaranmış hərbi-siyasi böhranla bağlı bir sıra maraqlı açıqlamalar verib.
O, Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələləri müzakirə edərək uzlaşmaya hazır olduğunu deyib.

"Putin informasiya köpüyündədir" - Zelenski
O həmçinin qeyd edib ki, “Rusiya hərbçilərinin qarşılarına qoyduğu çox ciddi tapşırıq var - bu gün buradadırlar, sabah Polşa, Almaniyada ola bilərlər. Şərq canavarı olaraq tanınan Rusiya işğaldan doymayacaq".

- Məktəblər, nüvə obyektləri bombalanır. Bunlara əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Ailəmi və məni öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm, - Zelenski deyib.

Digər diqqət çəkən məqam isə onun Ukraynanı NATO-ya daşımaq istəyi ilə bağlı olub. Zelenski deyib ki, ölkəsinin NATO-ya qəbulu məsələsi artıq “soyuyub”.

- NATO-ya gəlincə, mən çoxdan bu məsələdən soyudum. Yəni alyansın Rusiya ilə ziddiyyətlərdən və qarşıdurmalardan ehtiyat edərək Ukraynanı NATO-ya qəbul etməyə hazır olmadığını başa düşdükdən sonra, - dövlət başçısı deyib.
O, həmçinin vurğulayıb ki, Kiyev heç nə üçün Brüsselə “diz çöküb yalvarmayacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   NATO  



Xəbər lenti