"Putin informasiya köpüyündədir" - Zelenski

   "Putin informasiya köpüyündədir" -    Zelenski
  08 Mart 2022    Oxunub:1542
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin haqqında danışıb. AzVision.az xəbər verir ki, "ABC News"a müsahibə verən Ukrayna lideri deyib ki, Vladimir Putin "informasiya köpüyü" içindədir.
Zelenskinin sözlərinə görə, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər.

Yanukoviçdən Zelenskiyə çağırış
- Putin "informasiya köpüyü" içindədir. O, özü başladığı müharibəni bitirə bilər, - Ukrayna prezidenti deyib.

Zelenski onu da əlavə edib ki, onu seçən xalq kapituyasiyaya və ultimatumlara hazır deyil.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üç raundu fevralın 28-i, martın 3-ü və 7-də Belarus ərazisində baş tutub. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Danışıqların dördüncü raundu yaxın gələcəkdə baş tutacağı bildiriir.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Zelenski   Ukrayna  



Xəbər lenti