Rus qoşunları niyə ləng gedir? - General açıqladı

 Rus qoşunları niyə ləng gedir? -  General açıqladı
  11 Mart 2022    Oxunub:1795
"Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlarını davam etdirir. Rus qoşunları məqsədlərinə uğurla çatır və səmərəli şəkildə irəliləyirlər". AzVision.az xəbər verir ki, bunu hərbi ekspert, general-mayor Sergey Lipovoy deyib.
Onun sözlərinə görə, düşmənin hərbi infrastrukturunun böyük hissəsi sıradan çıxarılıb, həmçinin silah-sursat anbarları və hərbi aerodromlar dağıdılıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin binası raketlə vurulub - FOTO
- Rusiya Federasiyasının qoşunları səmərəli şəkildə irəliləyir və dəqiq zərbələr endirirlər. Həmçinin milli batalyonların müqavimətini də yatırırlar. Daha sürətli irəliləyiş mülki əhali və Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərə səbəb olardı. Üstəlik, müharibə müddəti 3-4 gün müəyyən edilsəydi belə, bu cür şəraitdə də rus ordusu uğur qazanardı, - Lipovoy deyib.

General-mayor "Luqansk" və "Donetsk Xalq Respublikaları"nın qoşunlarının Donbas ərazisindən irəliləməsinə də diqqət çəkib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   General  



Xəbər lenti