Afrikalı döyüşçülər Rusiyaya müraciət etdilər - VİDEO

   Afrikalı döyüşçülər Rusiyaya müraciət etdilər -    VİDEO
  12 Mart 2022    Oxunub:2693
Bu gün xarici KİV-də Mərkəzi Afrika Respublikasından olan peşəkar döyüşçülərin videomüraciəti yayılıb. AzVision.az xəbər verir ki, müraciətdə silahlıların Ukraynada döyüşlərə qatılmağa hazır olmaları barədə danışılır.
Rusiya mediası isə yayılan videonu Moskvaya dəstək kimi qiymətləndirib.

Ukraynada rusların elit döyüşçüsü məhv edildi
- İnternetdə yeni video yayılıb. Orada əsgərlər könüllü olmağa və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarında iştirak etməyə hazır olduqlarını bəyan edirlər. Mərkəzi Afrika Respubikası hərbçiləri Ukrayna "radikalları"na qarşı mübarizə aparmaq istədiklərini vurğulayırlar. Onlar “Rus qardaşlarımıza kömək etməyə hazırıq. Ruslar bizim tərəfdaşlarımızdır. Biz hazırıq, Rusiya bizə müraciət edib Ukraynaya getməyimizi desə, bunu bütün qətiyyətimizlə edəcəyik. Ruslara bizi qorxuda bilməyən NATO ölkələrinə qarşı mübarizədə kömək edəcəyik” deyirlər.

Qeyd edək ki, başqa bir yayılan videoda bir qrup hərbçi “rus qardaşlar”a fransızca müraciət edib. Onlar Rusiya tərəfində könüllü kimi iştirak etməyə hazır olduqlarını bəyan ediblər. Əsgərlər Ukraynadakı vəziyyəti gözəl anladıqlarını və buna görə də ruslara kömək etməyə hazır olduqlarını bildirirlər,- məqalədə yazılıb.



Xatırladaq ki, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, müxtəlif ölkələrdən olan çoxlu sayda könüllülər xüsusi azadetmə əməliyyatında iştirak etmək arzusunda olduqlarını deyirlər. Nazir qeyd edib ki, müraciətlərin sayı 16 mini ötüb. Onların əksəriyyəti Yaxın Şərqdəndir.

Rusiya Prezidenti Vladimir Putin isə Ukraynadakı münaqişəyə könüllülərin cəlb edilməsinə razılıq verib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin qeyd edib ki, Ukraynanın qərbli sponsorları münaqişədə iştirak üçün muzdluların Ukrayna ərazisinə göndərilməsini gizlətmirlər.

“Ona görə də görsəniz ki, xüsusən də pul qarşılığında yox, könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən var, onları qarşılayıb bu şəxslərin döyüş bölgəsinə göndərilməsinə kömək etmək lazımdır”, – deyə Vladimir Putin söyləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti