Ukraynada rusların elit döyüşçüsü məhv edildi

 Ukraynada  rusların elit döyüşçüsü  məhv edildi
  11 Mart 2022    Oxunub:1554
Ukrayna mediası daha bir tanınmış rus zabitinin öldürülməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar hərbçinin həlak olması barədə məlumatların Rusiya mətbuatında da işıqlandırıldığını yazıblar.
- Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçı ordusunun zabiti Vyaçeslav Maklaqini məhv edib. Bu terrorçu rusların Suriyadakı “əməliyyatlarında” da iştirak edib. İşğalçının ölümü ilə bağlı məlumatlar artıq Rusiya mətbuatında da yer alıb. Maklaqinin 29 yaşı var idi. Putin ölümündən sonra onu “İgidliyə görə” ordeni ilə təltif edib. Terrorçunun cənazəsi Rostov vilayətinə çatdırılaraq dəfn edilib.

Ukrayna kəşfiyyatı: "Artıq "Vaqnerçilər" də məhv edilir" - FOTO
Vyaçeslav Maklaqin 1993-cü ildə Novoşaxtinskdə anadan olub. Orta məktəbi bitirdikdən sonra Cənubi Rusiya Dövlət Texniki Universitetinə daxil olub. O, ixtisasca proqramçı və naviqator idi. Uzaq Şərqdə xidmət aparıb və Suriyada xüsusi əməliyyatlarda iştirak edib, - məqalədə yazılıb.

Xatırladaq ki, Ukrayna mediası bundan öncə iki rus generalı və bir neçə "vaqnerçi"nin öldürülməsi barədə məlumat yaymşdı


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti