Kiyevin itkiləri ilə bağlı yeni statistika: 136 PUA, 1306 tank

  Kiyevin itkiləri ilə bağlı yeni statistika:    136 PUA, 1306 tank
  15 Mart 2022    Oxunub:1211
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna vurulan zərərlərlə bağlı yeni statistikanı açıqlayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamada Ukraynada xüsusi hərbi əməliyyatlar başlayandan bəri 156 pilotsuz uçan aparatı, 1306 tank və digər zirehli texnikanı məhv etdiyini deyib.
- Xüsusi əməliyyat başlayandan indiyədək ümumilikdə 156 pilotsuz uçuş aparatı (PUA), 1306 tank və digər zirehli döyüş maşını, 127 reaktiv yaylım atəşi sistemi, 471 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1054 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib, - Konaşenkov deyib.
"4 təyyarə, 6 helikopter olan anqarlar məhv edilib" - Rusiyalı general

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukrayna ilə müharibəyə başlayıb. Prezident Vladimir Putin hərbi əməliyyatların "Ukraynanın demilitarizasiyası və denaçifikasiyası" adı altında keçirildiyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Tank  



Xəbər lenti