"Putin - Zelenski görüşünün təşkilini müzakirə etmədik"

 "Putin - Zelenski görüşünün təşkilini müzakirə etmədik"
  16 Mart 2022    Oxunub:1413
Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə müzakirələrdən danışıb.
AzVision.az xəbər verir ki, Rusiya XİN rəhbəri Mövlud Çavuşoğlu ilə Prezident Putin və Zelenskinin görüşünün təşkili məsələsi barədə danışmadıqlarını açıqlayıb.

"Putinlə Zelenskinin görüşü mümkündür" - Peskov
- Biz bu gün bunu xüsusi müzakirə etmədik. Çünki Prezident Putin və digər nümayəndələrimiz öz şərhlərində müvafiq sualları cavablandıraraq dəfələrlə bu mövzuya toxunublar, - Lavrov Türkiyənin xarici işlər naziri ilə Moskvada təşkil olunan mətbuat konfransı zamanı deyib.

Xatırladaq ki, bundan öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, heç kim Putinlə Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir. "Lakin ilk növbədə, həm nümayəndə heyətləri, həm də nazirlər öz üzərilərinə düşəni etməlidirlər ki, prezidentlər proses naminə və danışıqlar xatirinə deyil, nəticə üçün görüşsünlər".


Tural Tağıyev

AzVision.az



Teqlər:   Lavrov   Putin   Zelenski  



Xəbər lenti