Finlandiya Rusiyaya məxsus 21 yaxta saxlayıb

Finlandiya Rusiyaya məxsus   21 yaxta saxlayıb
  22 Mart 2022    Oxunub:1605
Finlandiya gömrüyü 21 yaxta saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat yayıb.
Qeyd edilir ki, bahalı gəmilər Ukraynadakı müharibəyə görə Avropa ittifaqının sanksiyaları altında olan rus oliqarxlarına məxsus ola bilər.

İtaliya rus oliqarxların 800 milyon avroluq aktivlərini dondurub
Gömrük gəmilərin Avropa İttifaqının sanksiyaları altında olan şəxslər və ya təşkilatlara məxsus olub olmamasını araşdırır. Məqalədə bildirilir ki, yaxtalar bütün dünyada qeydiyyatdan keçib ki, bu da vəziyyəti çətinləşdirir.

Finlandiya Gömrüyü gəmilərin sanksiya siyahısında olan şəxslərə aid olduğunu sübut edərsə, onlara həbs qoyula bilər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi və bir sıra ölkələr Rusiya oliqarxların əmlak və bank hesablarına həbs qoyublar. Bu addım həmin şəxslərin Rusiya rəhbərinin məlum hərbi əməliyyatlara dəstək vermələri ilə əlaqləndirirlir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Finlandiya   Yaxta  



Xəbər lenti