"Leksus"lara qadağa qoysalar da, "Volqa"mız var" - Rus deputat

   "Leksus"lara qadağa qoysalar da, "Volqa"mız var" -    Rus deputat
  29 Mart 2022    Oxunub:1069
Rusiya Dövlət Dumasının üzvü, Uzaq Şərq və Arktikanın İnkişafı Komitəsinin rəhbəri Nikolay Xaritonov Yaponiyanın Moskvaya dəbdəbəli malların idxalına qadağa qoymasını şərh edib. AzVision.az xəbər verir ki, rus deputatın məsələyə özünəməxsus şəkildə yanaşması diqqət çəkib.
O, Rusiyanın “Leksus”lardan istifadə etmədən sovet avtomobilləri olan “Pobeda” və "Volqa"ları geri qaytaracağını bildirib.

Yaponiyadan Rusiyaya qadağa: Dəbdəbəli malların ixrac edilməyəcək
- Onların dəbdəbəsi, "Leksus"ları haqqında nə deyə bilərəm. Biz bunu da keçib gedəcəyik. Sadə rus bunu ağlına belə gətirmir. Bizim avtomobil sənayemiz əvvəllər ən qabaqcıllardan biri idi. “Pobeda”, “Volqa” və bir çox başqa maşınlar var idi, - Xaritonov deyib.

O, həmçinin Rusiyanın Tokionun balıqçılıq sənayesindən əldə etdiyi gəlirlərə təsir edə biləcəyinə diqqət çəkərək, “imperialist Yaponiya üzərində qələbəni əlamətdar tarixlərin təqviminə yazmağa” çağırıb və minlərlə sovet əsgərinin Uzaq Şərqdəki hərbi əməliyyatlarda həlak olduğunu xatırladıb.

Xatırladaq ki,Yaponiya hökuməti aprelin 5-dən Rusiyaya dəbdəbəli malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyacaq. Bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye naziri Koiçi Haqiuda mətbuat konfransı zamanı məlumat verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Yaponiya   Deputat  



Xəbər lenti