"ABŞ Kiyevin tanklarla təminatını təşkil edəcək" - The New York Times

         "ABŞ Kiyevin tanklarla təminatını təşkil edəcək" -    The New York Times
  02 Aprel 2022    Oxunub:835
Bayden administrasiyası Donbasda müdafiəni gücləndirmək üçün Sovet istehsalı olan tankların Ukraynaya göndərilməsinə kömək etməyi müzakirə edir. AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu cür hal müharibədə ilk dəfədir ki, yaşanır. Yəni ABŞ tankların göndərilməsi məsələsində ilk dəfə olaraq birbaşa kömək edə bilər.

Ukrayna Ordusu: "Kadırovçu"lara ağır zərbə vurulub"
Məlumata görə ağır zirehli texnikalar Kiyevə yaxın vaxtlarda təhvil veriləcək. Lakin ABŞ rəsmisi avadanlıqların sayını açıqlamayıb.

Tanklar Ukrayna Silahlı Qüvvələrinə Donbasdakı Rusiya hədəflərinə uzaq məsafədən artilleriya zərbələri endirməyə imkan verəcək.

Ukrayna mediası isə yazır ki, prezident Vladimir Zelenskidən Ukrayna Silahlı Qüvvələri üçün hərbçilərin istifadə edə biləcəyi ağır silahların təhvil verilməsi ilə bağlı müraciət ünvanlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Tank  



Xəbər lenti