![]() |
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib |
Baş Qərargahın məlumatında qeyd edilir ki, "Düşmənin Luqansk vilayətində verdiyi itkilət hədsiz çoxalıb və Alçevsk şəhərində Popasna kəndi yaxınlığındakı döyüş əməliyyatları bölgəsindəki yerli xəstəxana 30-a yaxın yaralı çeçen döyüşçü- "kadırovçu" qəbul edilib".
Mövcud məlumata görə, işğalçılar meyitləri döyüş meydanında qoyurlar. Eyni zamanda, son bir həftə ərzində 2-ci Ordu Korpusu adlanan bölmələrdə şəxsi heyətin itkiləri təxminən 800 nəfər təşkil edib", - məqalədə yazılıb.
Qeyd edək ki, Ukrayna rəsmilər bundan öncə də çeçen döyüşçülərin xeyli sayda itki verməsi barədə məlumat yaymışdı.
Tural Tağıyev
AzVision.az