|
| Ukrayna Ordusu: "Kadırovçu"lara ağır zərbə vurulub" |
Təltif edilmiş desantçılardan biri olan Nikolay çıxışı zamanı deyib ki, o və yoldaşları yaralı tağım komandirini snayperlərin atəşi altında xilas ediblər. Özü isə snayperlə ayağından vurulub. Lakin təxliyə olunmaqdan imtina edib.
- Təxminən 1,5 saat atəş altında qaldıq. Artıq bölüklər ora yaxınlaşmışdılar. Düşmən çox bacarıqlı davrandı, bizi qəsəbənin dərinliklərinə saldılar və sonra dairəvi şəkildə zərbələr endirməyə başladılar, az qala bizi üzük kimi mühasirəyə salacaqdılar. Snayperlər çalışırdılar və dəqiq atəşlər atılırdı. Həmçinin minaatanlardan hücumlar da oldu. Biz düşməni geri çəkdik, - desantçı deyib.
Dmitri adlı başqa bir xüsusi təyinatlı döyüşçü isə deyib ki, onlar tapşırıqları yerinə yetirərkən düşmən arxa xəttinə keçərək tank pusqusuna düşüblər.
- Həmin vaxt hərbçilər inadkar müqavimət göstərərək düşmənin dağıdıcı qüvvələrini darmadağın etdilər. Mənim bölüyümün bütün hərbi qulluqçuları cəsarət və şücaət göstəriblər. Bu mükafatı şəxsi xidmətim deyil, tabeliyində olanların xidməti hesab edirəm,- zabit deyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


