"Ukraynada “Afqanizaçiya" olmayacaq" - Podolyak

   "Ukraynada “Afqanizaçiya" olmayacaq" -    Podolyak
  02 Aprel 2022    Oxunub:1378
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ordusunun Ukraynada gələcək planları barədə proqnozlarını açıqlayıb. AzVision.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib.
"Ukrayna Zelenski-Putin görüşünə hazırdır" - Kuleba
- Kiminsə gözlədiyi kimi “Afqanizaçiya" və Rusiya üçün uzun, yorucu münaqişə olmayacaq, - Podolyak yazıb.

Onun fikrincə, Rusiya cənub və şərqdən başqa bütün əraziləri tərk edəcək və orada dərindən möhkəmlənməyə, hava hücumundan müdafiə sistemi qurmağa, itkiləri kəskin şəkildə azaltmağa, öz şərtlərini diktə etməyə çalışacaq.

- Rusları daha geri atmaq istəyiriksə, bu məsələdə ağır silahlar əvəzolunmazdır, - Prezident Ofisi rəhbərinin müşaviri vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti