Roqozin peyk görüntüsünü yaydı: "NATO, biz sizi izləyirik!"

 Roqozin peyk görüntüsünü yaydı:   "NATO, biz sizi izləyirik!"
  04 Aprel 2022    Oxunub:1285
"Roskosmos"un baş direktoru Dmitri Roqozin NATO-nun yarandığı gün diqqətçəkən fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, alyansın dünya üçün əsas təhlükə olduğunu deyib və NATO üzvlərini Rusiyanın onları kosmosdan izlədiyini xatırladıb.
Roqozin Baydenə hərbi cinayətkar olduğunu xatırlatdı - VİDEO
- Bu gün, 4 aprel 1949-cu ildə on iki ölkənin (Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, ABŞ, Fransa) nümayəndələri Şimali Atlantika Müqaviləsi imzaladılar. NATO, İkinci Dünya Müharibəsindən sağ çıxan bütün dünya üçün əsas təhlükə belə yarandı. Mən istərdim ki, Brüsseldəki köhnə tanışlarım, xüsusən də Stoltenberq (NATO-nun baş katibi Yens - red.) NATO-nun ad günündə "Roskosmos"un kosmik aparatının peyk görüntüsündən istifadə edərək öz ofislərinə baxıb heyran olsunlar. Uşaqlar, biz sizi izləyirik. Yadda saxlayın!, - Roqozin sosial şəbəkələrdə paylaşım edib.

O, statusuna alyansın Brüsseldəki qərargahının Rusiyanın “Resurs-P” peyki tərəfindən çəkilmiş fotosunu da əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Roqozin   Peyk  



Xəbər lenti