Roqozin Baydenə hərbi cinayətkar olduğunu xatırlatdı - VİDEO

   Roqozin Baydenə hərbi cinayətkar olduğunu xatırlatdı -    VİDEO
  17 Mart 2022    Oxunub:1057
"Roskosmos"un baş direktoru Dmitri Roqozin ABŞ prezidenti Co Baydenin hərbi cinayətkar olduğunu deyib. AzVision.az xəbər verir ki, o, Baydenin Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” adlandırmasına sualla cavab verib.
- Bəlkə Baydenə hərbi cinayətkarın kim olduğunu xatırlatmaq lazımdır? - Roqozin "Telegram" kanalında etdiyi paylaşıdma yazıb. Baş direktor paylaşımına video da əlavə edib.

ABŞ Ukraynaya əlavə 800 milyon dollar hərbi yardım ayıracaq
Bildirilir ki, Bayden 1999-cu ildə Belqradı bombalamağı və Dunaydakı körpüləri dağıtmaq üçün ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını göndərməyi təklif etdiyini etiraf edib.

- Bu qanlı qoca öz məzarının bir addımlığında vəhşiliklərini, qətlə yetirdiyi minlərlə dinc sakini xatırlamalıdır, - deyə Roqozin yazıb.



Xatırladaq ki, dünən ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar" adlandırıb. Ağ Evdə çıxışı zamanı jurnalistlərdən biri Baydenə rusiyalı həmkarını “hərbi cinayətkar” adlandırmağa hazır olub-olmadığını soruşub.
Bayden əvvəlcə “yox” cavabını verib və otağı tərk edib. Lakin sonra geri qayıdaraq "O, hərbi cinayətkardır" deyib. ABŞ lideri ilk dəfə Putin haqqında bu ifadəni işlədib.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Putin   ABŞ  





Xəbər lenti