Ermənistanın sabiq müdafiə naziri psixoloji işgəncələrə məruz qalır

   Ermənistanın sabiq müdafiə naziri    psixoloji işgəncələrə məruz qalır
  04 Aprel 2022    Oxunub:1137
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı ciddi təzyiqlər olur. AzVision.az xəbər verir bu barədə onun vəkillər qrupu məlumat yayıb.
Bildirilir ki, David Tonoyan psixoloji işgəncələrə məruz qalır və onun həbsdə saxlanmasına əsas səbəb eks-nazirin cəzalandırılmasıdır.

Tonoyan açıq məhkəmə tələb edir
Vəkillər qeyd edirlər ki, Tonoyana qarşı xüsusi qaydada fərqli ədalət mühakiməsi aparılır. Məhkəmə iclasları isə "texniki problemlər" səbəbindən iki aydan bir keçirilir. Bu da məqsədli şəkildə edilir.

"Əslində məhkəmə 3 aydır ki, fəaliyyətsizdir. Biz məhkəmənin hərəkətlərini psixoloji işgəncə kimi qiymətləndiririk və məhkəmənin qərarına qədər olan həbsi isə cəza üsulu sayırıq", - məlumatda deyilir.

Xatırladaq ki, keçmiş müdafiə naziri ötən ilin sentyabrında həbs edilib. Onunla bərabər istintaq təcridxanasına Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və ordu məsələləri ilə birbaşa bağlı olan biznesmen David Qalstyan salınıb. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasına dair proseslərdə iştirakda və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məhkəmə  



Xəbər lenti