"Rusiyaya qarşı sanksiyalarda əsas "əyləc" Almaniyadır" - Moravetski

   "Rusiyaya qarşı sanksiyalarda əsas "əyləc" Almaniyadır" -   Moravetski
  04 Aprel 2022    Oxunub:1289
Berlinin sərgilədiyi mövqe Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiqinə imkan vermir.
AzVision.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski mətbuat konfransında deyib.

"Moskvaya qarşı sanksiyalar işə yaramır" - Polşa baş naziri
- Avropada çox sadə vəziyyət yaranıb. Sammitlərdə hər şeyi görmək olar. Həlledici sanksiyalarda əsas əyləc Almaniya olur, - siyasətçi deyib.

Eyni zamanda o, Macarıstanın baş naziri Viktor Orbanın anti-Rusiya sanksiyalarını dəstəkləməməsi ilə bağlı fikirləri təkzib edib.

- Orban sanksiyaları ləngitmədi. Əsas yavaşıdan ölkələr böyük dövlətlərdir. Hansıları ki, öz biznesləri üçün qorxurlar, nəticələrdən çəkinirlər və ola bilsin ki, başqa bir səbəblər də var. Əsas əyləc rolunu oynayanlar Qərbi Avropanın ən böyük və zəngin ölkələridir, - Moravetski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Rusiya   Almaniya  



Xəbər lenti