Hərbi sirr yayan holland jurnalist Kiyevdən qovuldu

   Hərbi sirr yayan holland jurnalist    Kiyevdən qovuldu
  04 Aprel 2022    Oxunub:966
Hollandiyalı jurnalist Robert Dulmers Ukraynadan qovulub. AzVision.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb.
"Nederlands Dagblad"ın əməkdaşı hərbi reportyor deyib ki, o, Kiyevin dövlət sirri saydığı fotoları Twitter-də paylaşdığı üçün belə bir halla üzləşib.

Məşhur fotoqraf Kiyevdə həlak oldu: "TRT World"lə əməkdaşlıq edib
- Ukraynadan ona görə ekstradisiya etdilər ki, mən öz işimi yerinə yetirirdim. 10 il müddətinə “persona non qrata” elan olundum, – jurnalist öz Twitter səhifəsində yazıb.

O, Ukraynada akkreditasiya qaydalarına uyğun işlədiyini bəyan edib.

- Mən yenicə öyrəndim ki, Ukrayna mətbuatın fəaliyyətini qeyri-mümkün edən yeni qaydalar tətbiq edib. Bu qaydalar barədə isə məlumat verilməyib, - hollandiyalı reportyor yazıb.

Qeyd edək ki, "Nederlands Dagblad" Dulmersin Odessaya raket hücumunu lentə alıb şəkilləri Twitter-də yerləşdirdiyini yazıb. Bundan sonra Ukrayna hakimiyyəti onu dövlət sirlərini yaymaqda ittiham edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Ukrayna   Jurnalist   Hollandiya  



Xəbər lenti