"Putin Qarabağ Azərbaycandır deyir, Paşinyan da təsdiqləyir" - Ayryan

   "Putin Qarabağ Azərbaycandır deyir, Paşinyan da təsdiqləyir" -    Ayryan
  07 Aprel 2022    Oxunub:816
Bu gün Ermənistanda etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılmış ermənilər müharibədən sonra ortalıqda qaldıqları üçün aksiya keçiriblər.
Aksiyanın təşkilatçılarından olan "Hadrut naminə" qeyri-hökumət təşkilatının rəhbəri Levon Ayryan jurnalistlərə açıqlama verərək rəzil durumda olmalarından gileylənib.

Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər- VİDEO
- Bizim siyasi sinifimiz "Artsax"(keçmiş qondarma rejim- red.) əhalisinin müdafiəsini bəyan etmir. Biz Qarabağı Azərbaycana verməliyik. Çünki onun qarantı Vladimir Putin bəyan edir ki, "Qarabağ Azərbaycandır". Nikol Paşinyan isə onun bu fikrinə qarşı çıxmır. İlham Əliyevin də məlum mövzuda mövqeyi çoxdan bəllidir. O deyir ki, İrəvan da tarixi Azərbaycan torpağıdır, - Ayryan deyib.

Ayryan İrəvanda da olsa özlərinə icma qurmaları üçün şərait yaradılmasını tələb edib.

- Biz geri qayıtmalıyıq. Bu, tələbdir və geri qayıtmaq üçün öz icmamızı müdafiə etməliyik. İcmanı qorumaq üçün biz bir yerdə olmalıyıq. Əgər onlar (Qarabağdan qaçan ermənilər-red.) Qarabağa qayıtmasalar, o zaman yaxşı olar ki, Ermənistanda bizim üçün bir icma qurulsun, orada yaşayaq ki, uşaqlarımıza, nəvələrimizə Hadrut şəhərinə qayıtmalı olduqları izah edilsin.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   aksiya  



Xəbər lenti