Ermənilər Komitasın abidəsini oğurladılar

   Ermənilər Komitasın abidəsini oğurladılar
  21 Aprel 2022    Oxunub:740
Ermənistanda daha bir abidə qalmaqalı yaşanıb. AzVision.az xəbər verir ki, yerli media erməni bəstəkar, musiqişünas Komitasın İrəvandakı abidəsinin oğurlandığını yazıb.
Gümrüdə Njdenin heykəli yoxa çıxdı
Bildirilir ki, polis paytaxtın Ərəbkir inzibati dairəsinin Vaaqn Davtyan adına parkında yerləşən abidənin oğurlanması işi üzrə materiallar hazırlayır.

Xatırladaq ki, dünən Gümrüdə faşist Qaregin Njdenin heykəlinin yoxa çıxmasıyla bağlı da qalmaqal yaşanmışdı.
Qeyd edək ki, ermənistanda heykəllərin oğurlanması, təhqir edilməsi adi hal alıb. Bir neçə gün öncə İrəvanda çəkiclə "müharibə qəhrəmanı"nın heykəlinin burnunu qırmışdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Abidə   İrəvan  



Xəbər lenti