Gümrüdə Njdenin heykəli yoxa çıxdı

   Gümrüdə    Njdenin heykəli    yoxa çıxdı
  20 Aprel 2022    Oxunub:1396
Ermənistanda faşist Qaregin Njdenin heykəli ilə bağlı yeni qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, yerli media bu gün Gümrü sakinlərindən faşist "qəhrəman"ın bölgədə izinin itirilməsi cəhdi barədə məlumat əldə etdiyini yazıb.
Ermənilərin Njde fiaskosu: İrəvan Moskvaya niyə reaksiya vermədi?
Məqalədə qeyd edilir ki, Njdenin heykəli Gümrüdəki məşhur Akademik Kollecdən yoxa çıxıb. Heykəlin əvvəlcədən planlaşdırıldığı kimi kollecin həyətində niyə qoyulmamasının səbəbləri isə məlum deyil.

"Məktəb yarandığı gündən heykəl orada olub. Hakimiyyət dəyişikliyindən sonra heykəl həyətdən yoxa çıxdı. Haradadır? Yoxsa bu da "hökumət proqramı"nın bir hissəsi idi. Problemlə bağlı Gümrü Akademik Kollecinin direktoru Armen Martirosyanla əlaqə saxladıq. Bildirildi ki, binanın tikintisinə 2018-19-cu illərdə başlanılıb və 2021-ci ildə istifadəyə verilib. Təhsil müəssisəsi Qaregin Njde məktəbi deyil, Akademik Kollec adlanır. O qeyd edib ki, heykəlin həyətdə ucaldılmayacağı ilə bağlı hələlik heç bir qərar yoxdur. "Amma narahat olan vətəndaşlara da xatırlatmaq istərdim ki, niyə 2018-19-cu illərdə məktəbin və heykəlin taleyindən narahat olmadılar, indi həyəcan təbili çaldılar?". Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, heykəlin taleyi ilə bağlı nazirliyin qərarı olmadığı üçün kollec rəhbərliyi heykəli məktəbin oxu zalına qoyub", -məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Njde   Ermənistan   Heykəl  



Xəbər lenti