Rusiya və Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

 Rusiya və Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
  25 Aprel 2022    Oxunub:1504
"Rusiya və Azərbaycanın hökumətlərarası komissiyasının iclası aprelin 26-da Bakıda keçiriləcək". AzVision.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar deyib.
O qeyd edib ki, "İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (İƏK) 20-ci yubiley iclasına hazırlıq tam sürətlə davam edir".

Rusiya XİN: "Bakı ilə münasibətlərin səviyyəsinin yüksəlməsi təbii haldır"
XİN rəsmisinin sözlərinə görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın bütün məsələlərini nəzərdən keçirəcəklər.

- Bizim çoxlu yeni maraqlı və perspektivli layihələrimiz var, - Qonçar qeyd edib.

O xatırladıb ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyi tərəfindən yanacaq-energetika kompleksi məsələləri üzrə Azərbaycana növbəti rus biznes missiyası təşkil olunub.

- Qeyd edək ki, bu, Azərbaycana təşkil olunan üçüncü biznes missiyadır. İlk ikisi 2021-ci ilin iyul və noyabr aylarında baş tutub, bunun nəticəsində konkret müqavilə razılaşmaları həyata keçirilir. Biz yerli iqtisadi operatorların Qarabağın bərpasına cəlb edilməsinə böyük əhəmiyyət veririk. Bunu ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın stimullaşdırılmasında mühüm alət hesab edirik, - diplomat vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Azərbaycan  



Xəbər lenti