İrəvanda tələbələr Azərbaycan rəqsi ilə aksiya keçiriblər - VİDEO

İrəvanda tələbələr Azərbaycan rəqsi ilə aksiya keçiriblər -  VİDEO
  27 Aprel 2022    Oxunub:1902
İrəvanda bir qrup gənc fəal ölkədə gedən proseslərlə bağlı tələbələri müxalifətin aksiyalarına qoşulmağa çağırıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvanda etirazçılar barrikadalar qurur - VİDEO
"Gənclərin bununla bağlı təşkil etdikləri aksiya İrəvan Dövlət Teatr və Kino İnstitutundan başlayıb. Müxalifətə qoşulmaq çağırışı edən fəallar tərəfindən Ara Gevorqyanın “Artsax” (keçmiş separatçı -rejim-red.) mahnısını səsləndirilib. Daha sonra universitet binasının qarşısında ənənəvi "erməni rəqsi" olan Köçəri (Qədim Azərbaycan rəqsidir-red.) ilə fləşmob təşkil ediblər.
Tələbələr İrəvanın mərkəzindəki Diana Abqar parkına da gediblər və orada da Köçəri rəqsi ediblər", - məqalədə yazılıb.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində bayraqlarla yürüşlər təşkil edirlər. Aksiyalarda fəallığın artmasına səbəb bu yaxınlarda baş nazir Nikol Paşinyanın Qarabağla bağlı bəyanatlar səsləndirməsi oldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  



Xəbər lenti