Rusiya 22400 hərbçi itirib- Son sutkada 300 əsgər ölüb

         Rusiya 22400 hərbçi itirib-    Son sutkada 300 əsgər ölüb
  27 Aprel 2022    Oxunub:1327
Ukrayna Rusiya Ordusunun müharibədə verdiyi yeni itkilərlə bağlı statistikanı açıqlayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda şəxsi heyət arasında xeyli sayda ölü və yaralıların olduğu qeyd edilir.
Ukraynada ölən dinc sakinlər - 201-i uşaqdır
"Rusiyanın Ukraynaya göndərdiyi hərbçilər arasında getdikcə daha çox itkilər qeydə alınır. Genişmiqyaslı işğalın başlanğıcından bəri rus işğalçı qoşunlarının itkiləri artıq 22,4 min nəfərə çatıb.
Fevralın 24-dən aprelin 27-ə qədər olan müddətdə düşmənin ümumi döyüş itkiləri aşağıdakı kimidir:

Təxminən 22 min 400 nəfər məhv edilib. (+300-Dünənki gündən 300 nəfər çox), tanklar - 939 (+21) ədəd, zirehli döyüş maşınları - 2342 (+34), artilleriya sistemləri - 421 (+5), MLRS-149, hava hücumundan müdafiə sistemləri - 71 (+2), təyyarə - 185 (+1), helikopterlər - 155 (+1), avtomobillər - 1666 (+23), gəmilər və ya qayıqlar - 8, yanacaq-sürtkü materialları olan çənlər-76.

Həmçinin, Ukrayna hərbçiləri düşmənin əməliyyat-taktiki səviyyəli 207 PUA-dınını da məhv edib ki, bu da dünənki gündən 2 dəfə çoxdur", - Saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti