Onun sözlərinə görə, baş nazir özü ilə bağlı təhlükənin miqyasını dərk edən kimi ölkəni tərk edəcək. "Onu dayandırmaq lazımdır!",- etirazçı deyib. /
Azərbaycan torpaqlarında məhv edilmiş digər hərbçinin - David Zakaryanın atası Aşot Zakaryan isə bütün öldürülmüş əsgər valideynlərini Baş Prokurorluqda keçirdikləri etiraz aksiyasına qoşulmağa çağırıb: "Ədaləti bərpa etmək istəyirsinizsə, o zaman bizə qoşulun. Bu qatildən qurtulmağımıza kömək edin. Evdə oturub şikayət etməyi dayandırın!"
O əlavə edib ki, əsgər valideynləri Paşinyanın təqsirləndirilən şəxs qismində işə cəlb edilməsi tələbinə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cavab verənə qədər Baş Prokurorluğun binası qarşısında toplaşmaq niyyətindədirlər.
- Tələblərimiz yerinə yetirilməsə radikal tədbirlər görəcəyik, - etirazçı valideyn xəbərdarlıq edib.
Tural Tağıyev
AzVision.az