Suriyada son durum: İşgəncələr BMT-yə təqdim edildi

Suriyada son durum: İşgəncələr BMT-yə təqdim edildi
  17 Aprel 2014    Oxunub:4151
Suriyada həbsxana və müvəqqəti cəzaçəkmə müəssisələrində insanlara işgəncələr verilməsi barədə yanvarda yayılan fotolar BMT Təhlükəsizlik Şurasına təqdim edilib.
Fransanın təşəbbüsü ilə ali quruma təqdim edilən fotolar Bəşər Əsəd rejimindən qaçaraq xarici ölkələrdən birinə sığınan ədliyyə işçisi tərəfindən lentə alınıb. 11 min fotoşəkildə əks olunan 55 min nəfərin ürəkağrıdan görüntülərini Paris Haaqa beynəlxalq məhkəməsinə təqdim etməyi düşünür. Fransızlar Əsədin insanlığa qarşı cinayətlərdə ittiham edilməsini tələb edir. Ölkədə isə son günlər fəallaşan rejim ordusu Livan ilə həmsərhəd bölgədə yerləşən Zəbədaniyə hücum edib.

Nəticədə 4 üsyançı öldürülüb, 10 nəfər isə yaralanıb. Hökumət qüvvələrinin Həmaya yandırıcı bombalar atması isə daha acınacaqlı mənzərə yaradıb. Onlarla insanın həyatını itirdiyi bombardmanlardan sonra daşın-daş üstündə qalmadığı bildirilir. Bu arada İordaniya ordusu sərhədi keçməyə çalışan və odlu silahlar bərkidilmiş maşın karvanını məhv etdiyini açıqlayıb. Müxalifət cəbhəsi məsələyə münasibət bildirməsə də, rejim komandanlığı sərhəddə bölmələrinin olmadığını açıqlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti