Evdə toyuq, çöldə… yenə toyuq! - FOTOLAR

// İrəvanda qeyri-adi aksiya keçirilib

 Evdə toyuq, çöldə… yenə toyuq! -    FOTOLAR
  30 Aprel 2022    Oxunub:4930
Ermənistan müxalifəti İrəvanda qeyri-adi aksiya keçirib. Müxalifət fəalları hakimiyyət tərəfindən təsis edilmiş Vətəndaş Gününü özünəməxsus şəkildə etirazla qeyd etmək qərarına gəliblər. Onlar meydana üzərində baş nazir Nikol Paşinyanın şəkili olan toyuqlar buraxıblar.
Paşinyanın həbsini tələb edən valideynlər yolu bağladı - VİDEO
"Azadlıq hərəkatı"nın qurucularından olan Ara Zöhrabyan jurnalistlərə açıqlamasında deyib ki, Vətəndaş Günü saxta bayramdır.

- Deyirlər ki, "qürurlu vətəndaş"larıq. Amma vətəndaş indi həmişəkindən daha çox alçaldılır. İndi əsas məsələ milli ləyaqəti qorumaqdır. Bizim şüarımız qorxudan, qorxaqlıqdan qurtulmaqdır. Onlar 2018-ci ildə hakimiyyətə gələndə qorxu səpdilər. Bu qorxaq insanlar bizi məğlubiyyətə sürüklədilər. Toyuqlar isə onların qorxaqlıqlarının simvoludur, - Zöhrabyan deyib.

Ev quşlarını aksiyaya gətirən fəal isə dərhal polis tərəfindən saxlanılıb. Onu zorla polis maşınına mindirəndə aktivist “o zaman toyuqları da həbs edin” deyib.

Hüquq mühafizə orqanları əməkdaşları təkcə toyuqları meydana gətirən fəalı deyil, hərəkatın nümayəndəsi Vaaqn Çaxalyanı da saxlayıb. Polis onun silah saxlamaqda şübhəli bilindiyini deyib.











Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan   Paşinyan   Toyuq  



Xəbər lenti