İstintaq Komitəsi qocaları döyən daşnakları axtarır

   İstintaq Komitəsi qocaları döyən daşnakları axtarır
  10 May 2022    Oxunub:954
Ermənistan İstintaq Komitəsi Gümrü şəhərinin yaşlı sakinlərinin müxalifət fəalları tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə araşdırmalara başlayıb. AzVision.az xəbər verir ki, bu barədə istintaq strukturunun hesabatında məlumat verilib.
Daşnak vəhşiliyi: Ahıl insanları döydülər - VİDEO
Qeyd edilir ki, mayın 8-də siyasi müxalifətin təşkil etdiyi mitinq zamanı baş verən insidentlə bağlı Şirak rayon polis şöbəsinə məlumat daxil olub. Hüquq-mühafizə orqanının məlumatına görə, insidentin bir neçə iştirakçısı avtomobillərdən düşərək avtobus dayanacağında dayanmış bir qrup yaşlı vətəndaşa yaxınlaşdıqdan sonra onları vurmağa başlayıb.

"Faktla bağlı rayon polis idarəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq İstintaq Komitəsinin Şirak rayonu üzrə şöbəsi tərəfindən aparılır. İstintaq mərhələsində zərərçəkənlərin şəxsiyyəti müəyyən edilib. Bunlar 74, 56, 72 və 84 yaşlı vətəndaşlardır.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir",- məlumatda deyilir.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə bir qrup müxalifətçinin, xüsusən də Daşnaksütyündan olan gənclərin dayanacaqda durmuş ahıl insanları döyməsi ilə bağlı video yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İstintaq  



Xəbər lenti