Daşnak vəhşiliyi: Ahıl insanları döydülər - VİDEO

    Daşnak vəhşiliyi: Ahıl insanları döydülər -    VİDEO
  09 May 2022    Oxunub:2612
Ermənistanda etiraz aksiyaları davam edir. AzVision.az xəbər verir ki, dünən Gümrüdə təşkil olunan yürüş zamanı biabırçı olay yaşanıb. Müxalifətçilər ahıl şəxsləri döyüblər.
Etirazçılar Maryam Paşinyanın naharını burnundan gətirdilər - VİDEO
Hadisə dünən Gümrüdə respublikaçılar və Daşnaksütyün gənclərindən ibarət izdihamın yürüşü zamanı yaşanıb. Onlar yaşı 80-dən yuxarı insanlara hücum edərək, vəhşicəsinə döyüblər. Videoda da aşkar görünür ki, köməksiz və gücsüz olan bir qrup yaşlı insana arxadan hücum edilir. Arzuolunmaz insidenti yaradanların kimliyi hələlik bəlli deyil.



Siyasətçi Arsen Avaqyan videonu yayaraq qeyd edib ki, "Bu aksiyaların adı "dinc"dir, əslində isə onları quldur dəstələri idarə edir. Nənə və babalar kifayət qədər güclüdürmü ki, onlara da hücum edirsiniz?".

Polis hələlik məsələyə aydınlıq gətirməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Daşnak  



Xəbər lenti