"Yüzlərlə ukraynalı ailə İngiltərədə evsiz qalıb" - Sky News

   "Yüzlərlə ukraynalı ailə İngiltərədə evsiz qalıb" -    Sky News
  16 İyun 2022    Oxunub:1878
İngiltərədə Ukraynadan olan 600-dən çox ailə ya evsiz şəkildə çöllərdə qalıb, ya da evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. AzVision.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Müharibə nəticəsində Ukraynada 4481 dinc sakin həlak olub - BMT
Məqalədə qeyd edilir ki, hökumətin məlumatına görə, ümumilikdə 660 ukraynalı ailə belə arzuolunmaz vəziyyətlə üzləşib. Ən pisi isə odur ki, onlardan 480-nin uşaqları var.

Yerli hakimiyyət orqanlarının dörddə birindən çoxu məlumat təqdim etmədiyi üçün bu faciəvi durumun real miqyası daha geniş ola bilər.

Qeyd edək ki, böyük miqyaslı müharibə başlayandan bəri Böyük Britaniyaya 77,200-dən çox ukraynalı gəlib. Onlar “Ukrayna üçün evlər” proqramı çərçivəsində dəstək alırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qaçqın  



Xəbər lenti