Maskalanan texnikaları Britaniya haubitsaları ilə vurdular- VİDEO

   Maskalanan texnikaları Britaniya haubitsaları ilə vurdular-    VİDEO
  18 İyun 2022    Oxunub:1895
Ukrayna Silahlı Qüvvələrinin 81-ci əlahiddə aeromobil briqadasının döyüşçüləri rusların bir tankını və iki piyada döyüş maşınını partladıblar. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ukraynada rus tankları vurulub - VİDEO
Bildirilir ki, bölmənin artilleriyaçıları hədəfləri Britaniya haubitsaları ilə vurublar.

"Hava Desant Hücum Qoşunları Komandanlığının mətbuat mərkəzi rəsmi Facebook səhifəsində düşmənin üç texnikasının məhv edilməsindən yazıb. Təqdim olunan videoda 155 mm-lik Britaniyanın səhra haubitsalarından istifadə edərək rusların texnika və canlı qüvvəsini məhv etməsi əks olunub", - saytlar yazıb.

Qeyd edilir ki, hərbi texnikalar maskalanaraq yaşıllıq ərazidə gizlədilibmiş.

"Bir texnika isə döyüşlərin getdiyi yaşayış massivinin yaxınlığında olub. Sıx bitki örtüyü 81-ci briqadanın artilleriyaçılarına onları dəqiq nişan almağa mane olmayıb. Mərmilər dəqiqliklə texnikalara dəyib və onları metal qırıntılarına çevirib", - məqalədə qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Haubitsa  



Xəbər lenti