Ukraynada rus tankları vurulub - VİDEO

   Ukraynada rus tankları vurulub -    VİDEO
  17 İyun 2022    Oxunub:1952
Ukrayna mediası xeyli sayda rus tankının vurulması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, hərbçilərin dronla çəkdikləri videonu dərc edən saytlar qeyd edirlər ki, bu uğurlu əməliyyatı Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın əsgərləri reallaşdırıblar.
"Rus qoşunları Xersonda xeyli itki verib" - Ukrayna Ordusu
"Ukrayna torpaqlarında Rusiya texnikaları yanmaqda davam edir. Hərbçilərimiz düşmənin daha bir neçə hərbi texnikasını metal qırıntısına çeviriblər. Düşmən tankının məhv edilməsini əks etdirən video briqadanın Facebook səhifəsində yayımlanıb", - saytlar yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   Ukrayna  



Xəbər lenti