Tramp: "ABŞ cəhənnəmə çevrilib"

      Tramp: "ABŞ cəhənnəmə çevrilib"
  21 İyun 2022    Oxunub:1462
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkiləri barədə danışıb. AzVision.az xəbər verir ki, o, seçkilərdə iştirakına mane ola biləcək hansısa amilin olmasını real saymayıb.
Tramp Putini təriflədi
Ağ Evin keçmiş rəhbəri "Newsmax"a müsahibəsində qeyd edib ki, ABŞ artıq cəhənnəmə bənzəyir.

- Mənim namizədliyimə mane olacaq nələrinsə olmasından xəbərim yoxdur. Biz ölkəni yenidən güclü etməliyik. Ölkəmiz cəhənnəmə döndərildi. Hər şey çox tez pisləşdi... Mən vətənimizi sevirəm və onun üçün nə lazımdırsa, edəcəyəm, - eks-prezident deyib.

Qeyd edək ki, bir müddət öncə Co Bayden də ikinci müddətə namizəd olmağa hazır olduğunu açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp   Seçki  



Xəbər lenti