Tramp Putini təriflədi

Tramp Putini təriflədi
  07 Aprel 2022    Oxunub:846
Rusiya lideri Vladimir Putini “bacarıqlı danışıq aparan” insan hesab edirəm. AzVision.az xəbər verir ki, bunu Washington Post-a müsahibəsində ABŞ-ın eks-prezidenti Donald Tramp deyib.
- Tramp Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün nə edə biləcəyi ilə bağlı bir neçə fikir irəli sürüb. O, Rusiya prezidenti Vladimir Putinin bacarıqlı danışıqlar aparan biri olduğunu deyib, lakin Ukraynanı işğal etməklə uduzduğunu söyləyib, - qəzet yazıb.

Nəşrin məlumatına görə, Tramp prezident postunu tərk etdikdən sonra Putinlə danışmadığını qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti