Ermənistanda silahlı insidentə görə rəis işdən qovuldu

   Ermənistanda silahlı insidentə görə rəis işdən qovuldu
  21 İyun 2022    Oxunub:1418
Ermənistan Polisinin rəhbəri Vahe Kazaryan Aparan polis idarəsinin rəisi Aşot Ayrapetyanı vəzifədən azad edib. AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ermənistanda silahlı insident müəmması böyüyür
Qeyd edilir ki, onun yerinə mayor Rafael Poqosyan təyin olunub.

Xatırladaq ki, iyunun 19-u axşam saatlarında Aparanda ölkəni çalxalayan silahlı insident baş verib. Atışma zamanı 7 nəfər güllə yarası alıb. Aparan şəhər xəstəxanasına 2 nəfər yerləşdirilib ki, hər iki şəxsin orada öldüyü deyilir. Beş nəfər isə ağır vəziyyətdə İrəvanın müxtəlif tibb mərkəzlərinə aparılıb. İnsidentin bir qrup gəncin baş nazir Nikol Paşinyanı söyməsindən sonra baş verdiyi iddia olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rəis  



Xəbər lenti