Abeyə sui-qəsd: Hakim partiya seçki kampaniyasını dayandırdı

      Abeyə sui-qəsd:    Hakim partiya seçki kampaniyasını dayandırdı
  08 İyul 2022    Oxunub:1046
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) keçmiş baş nazir Sindzo Abeyə sui-qəsddən sonra bütün namizədlərindən təşviqat fəaliyyətini dayandırmağı xahiş edib. Xüsusilə, partiya bütün namizədlərindən hələlik hər hansı küçə çıxışlarından çəkinməyi göstərişi verib.
Abeyə sui-qəsd məhz bu hadisələrdən birində baş verib. Eyni zamanda, TASS-a seçkilərin təşkili və keçirilməsinə cavabdeh olan ölkənin İnzibati İşlər və Rabitə Nazirliyindən bildirilib ki, Yaponiya parlamentinin yuxarı palatasına keçiriləcək seçkilərin tarixi Sindzo Abeyə sui-qəsddən sonra dəyişməyib və iyulun 10-na təyin edilib.

Abeni güllələyən şəxs polisə belə ifadə verdi
Qeyd edək ki, Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe insanlar qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb. Hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Siyasətçiyə hücum edən şəxs saxlanılıb. Hazırda Abenin vəziyyəti kritikdir.

AzVision.az



Teqlər:   Yaponiya  



Xəbər lenti